Latviya prezidenti: `Dağlıq Qarabağda qondarma referendu tanımırıq`


21:49     13 Mart 2017 photo%20(1).jpg

"Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ancaq sülh yolu ilə həll olunmasının tərəfdarıdır".


Femida.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Latviya prezidenti Raymonds Veyonis deyib.

R. Veyonis ölkəsinin Dağlıq Qarabağda keçirimiş qondarma referendumun nəticələrini tanımadığını bildirib: “Fevralın 20-də Dağlıq Qarabağda qondarma Konsitutusiya referendumunun keçirilməsi barədə Latviyanın xəbəri var. Latviya onun nəticələrini tanımır və bildirir ki, bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və sülh yolu ilə uzunmüddətli həllə istiqamətlənmiş sülh danışıqlarına təsir edə bilməz".

Açar sözlər:

Oxunub: 6388